Ali Hərbi Məktəbinin orkestr heyəti Türkiyəyə getdi - VİDEO

18:00 03.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Orkestri "Zəfər Günü"nün ildönümü münasibətilə Türkiyədə keçiriləcək silsilə tədbirlərdə iştirak etmək üçün Ankaraya yola düşüb.

 

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Hərbi orkestrin heyəti polkovnik-leytenant Fariz Məmmədzadənin rəhbərliyi ilə Ankara şəhərində konsert proqramları ilə çıxış edəcək.